Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur” layihəsi çərçivəsində Binəqədi qəsəbəsində növbəti maarifləndirici tədbir keçirildi.

16 avqust 2017 | 11:00

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Binəqədi rayonu Binəqədi qəsəbə Came məscidi dini icması tərəfindən avqustun 16-da “İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur” layihəsi  çərçivəsində Binəqədi qəsəbəsində növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Komitənin əməkdaşları Samir Yoldaşov, Hatəm Gülməmmədov, dini icmanın sədri Şabala Əliməmmədov, icmanın üzvləri və qəsəbə gəncləri iştirak etmişdir.
Tədbiri açıq elan edən Binəqədi qəsəbə Came məscidi dini icmasının sədri Şabala Əliməmmədov çıxışında xalqımızın tarixən qoruyub saxladığı tolerant və multikultural dəyərlərin təbliğinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Daha sonra mövzu ilə bağlı DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında dövlət tərəfindən dini icmalara yaradılan şəraitdən, dövlət- din münasibətlərinin mövcüd vəziyyətindən bəhs etmişdir.
Mövzu ilə bağlı çıxış edən RİH-nin İctimai- siyasi və humanitar məsələr şöbəsinin müavini Rauf Həsənov tolerantlıq, multikulturalizm və İslam həmrəyliyinin Azərbaycan modelinin hazırda dünyada nümunə kimi qəbul edilməsindən bəhs edərək, bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. R.Həsənov, həmçinin bildirmişdir ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlərin həm ölkə daxilində, həm də ölkə xaricində təbliğinin sürətlənməsinə gətirib çıxarıb.
Daha sonra mövzu ilə bağlı suallar ətrafında fikir mübadiləsi aparılmışdır.

Keçidlər