Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “İslam Həmrəyliyi ili” çərçivəsində növbəti tədbir keçirildi

19 may 2017 | 11:00

Mayın 19-da Binəqədi rayonu 144 nömrəli orta məktəbdə “Radikalizm, separatizm və terrorizmlə mübarizədə gənclərin rolu” mövzusunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Samir Yoldaşov və Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi rayon İdarəsinin məsul əməkdaşı Namiq Hüseynov ekspert qismində iştirak etdilər.
Tədbirə həmin məktəbin müəllim-şagird kollektivi və valideynlər dəvət olundu.
Müvafiq mövzularda çıxış edən ekspertlər tədbir iştirakçılarını məlumatlandırdı və gənclərin qeyd olunan arzuolunmaz hallardan uzaq olmaları üçün onların savadlı, bilikli və dünyagörüşlərinin zəngin olmalarının üstünlüyünü qeyd etdi. Eyni zamanda gənclərin vətənpərvərlik ruhunda böyümələrinin vacibliyindən bəhs edərək onların vətəninə, millətinə layiqli vətəndaş olmaları tövsiyə olundu. Daha sonra məktəbin kollektivini maraqlandıran suallar ətrafında disskussiya aparıldı.
Tədbirin sonunda gənclərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin istehsal etdiyi “Fitnə” filmi nümayiş olundu.

Keçidlər