Şriftin ölçüsü :

Saytın rəngi :

Dərnəgül yaşayış massivində çoxmənzilli yaşayış binalarının tikintisi işləri davam etdirilir

29 mart 2017 | 11:00

Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 1,53179 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş tikililərin yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədilə “Dərnəgül” MTK tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır.
“Dərnəgül” MTK tərəfindən Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 1,53179 ha torpaq sahəsində ümumi sahəsi 3000 m2 olan mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş tikililərin yerində ilkin mərhələdə ümumi sahəsi 16480 m2 olan hər biri 1 girişli 2 ədəd 16 mərtəbəli “Çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair” Rayon İcra Hakimiyyəti başçısının 21.04.2016-cı il tarixli 86 saylı və 30.09.2016-cı il tarixli 207 saylı Sərəncamları imzalanmışdır. Tikinti obyektlərinin digər aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq tikinti işlərinə başlanılması üçün sənədləşdirmə işləri başa çatdırılımışdır.
Hazırda Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında ərazidə mövcud olan tikililər tam sökülmüş, tikinti işlərinə başlanılmışdır. İnşa edilən 1 nömrəli binanın mansard mərtəbəsinin tikintisinə başlanılmışdır. Binada arakəsmələr və xarici divarlar 16-cı mərtəbəyə qədər hörülmüş və 11-ci və 12-ci mərtəbələrdə mənzildaxili suvaq işləri və 14-cü mərtəbəyə qədər pəncərələr quraşdırılmağa başlanılmışdır. İnşa ediləcək 2 nömrəli binada 14-cü mərtəbəyə qədər dəmir-beton işləri tamamlanmış və binada arakəsmələr və xarici divarlar 9-cu və 10-cu mərtəbəyə qədər hörülmüşdür. İnşa ediləcək 3-cü və 4-cü binanın özülləri betonlanmış və dayanacaq olacaq hissənin armaturlanması işlərinə başlanılmışdır. 

Keçidlər