Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “İslam həmrəyliyi kontekstində ekstremizm və terrorizmlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirildi

10 fevral 2017 | 11:00

Fevralın 10-da Binəqədi rayonu 115 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş Dövlət Komitəsinin (DQİDK) Bakı şəhər üzrə şöbəsi və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rayon İdarəsinin məsul əməkdaşları iştirak etdilər.
Tədbir zamanı çıxış edən 115 nömrəli tam orta məktəbin direktoru Məsud Babayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Pərvin Əlizadə və DTX-nin rayon İdarəsinin məsul əməkdaşı Namiq Hüseynov öz çıxışlarında 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi” ili elan olunmasının mühüm aspektlərindən, Ulu öndər Heydər Əliyevin qurduğu, cənab Prezident İlham Əliyevin inkişaf etdirdiyi dövlət siyasətinin ölkəmizi həm bölgənin liderinə, həm də sabitlik və əməkdaşlıq məkanına çevirməsini vurğulayaraq,  multikultural və tolerant ənənələrə sadiq olan Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqunun inkişafı sahəsində zəngin təcrübəsinin bütün dünyada qəbul olunmasından bəhs etdilər.
Keçirilən tədbirin əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmin və ekstremizmin fəsadları barədə onları maarifləndirmək və onlar arasında ideoloji maarifləndirməni gücləndirmək, zərərli dini fəaliyyətə, radikalizmə, ekstremizmə və terrorizmə qarşı mübarizə aparmaqdır.

Keçidlər