Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gənclərinin şair, yazıçı, kinodramaturq İlqar Fəhmi ilə görüşü keçirildi

09 fevral 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Binəqədi rayon bələdiyyəsinin təşkilatçılığı ilə 9 fevral 2017-ci il tarixində Azərbaycan Yazıçılar Birliyində Birliyin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi ilə görüş keçirildi.
“Ədiblərdən bir inci” layihəsi çərçivəsində baş tutan görüşdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Binəqədi bələdiyyəsinin üzvü Aysel Əlizadə, bələdiyyənin ictimai-humanitar sektorunun müdiri Yusif Hüseynov, şair Dayandur Sevgin, rayonun gəncləri iştirak etdilər. 
Birliyin “Natəvan” klubunda dəyirmi masa arxasında diskussiya formatında keçən görüşdə əvvəlcə İlqar Fəhmi gəncləri salamladı. Sonra şair Dayandur Sevgin Yazıçılar Birliyinin yaranması tarixi, strukturu və fəaliyyəti barədə məlumat verdi. Tədbirin gedişatında İlqar Fəhmi iştirakçıların suallarını cavablandırdı. Yeniyetmə və gənclər arasında bədii ədəbiyyata, mütaliəyə marağın artırılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, müasir dövrdə tədbirlər hazırlanarkən bilavasitə gənclərin özlərinin iştirakı nəzərə alınmalıdır. Bu zaman gənclər həm daha məsuliyyətli olur, həm də təcrübə qazanmaqla bilik və bacarıqlarını artırmaq imkanı əldə edirlər. Şair həmçinin gənclərə hansı mövzularda ədəbiyyat oxumaqla bağlı tövsiyələrini verdi.
Sonda Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmiyə Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənc nəslin ədəbiyyata marağının artırılmasında göstərdiyi səmərəli fəaliyyətə görə Fəxri Fərman təqdim edildi və şair müəllifi olduğu əsərləri oxucularına hədiyyə etdi.

 

Keçidlər