Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının rayon şöbəsinin ilk veteran təşkilatının sədri 80 illik yubileyi münasibətilə təbrik edildi

08 fevral 2017 | 11:00

Fevralın 8-də Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının rayon şöbəsinin ilk veteran təşkilatının sədri Rəna Əliyeva 80 yaşını qeyd etdi.
Bu münasibətlə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Rayon bələdiyyəsinin sədri və əməkdaşları Rəna Əliyevanı evində ziyarət etdilər, doğum gününü təbrik edərək ona gül dəstəsi təqdim etdilər.
Ziyarət tədbirində Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı və bələdiyyənin bir qrup əməkdaşı, həmçinin, həmin təşkilatın rayon şöbəsinin sədri Telman Hətəmov iştirak etdilər.

Keçidlər