Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 20 Yanvar şəhid ailələri və əlilləri ilə görüş keçirildi

19 yanvar 2017 | 11:00

Yanvarın 19-da Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yerləşdiyi inzibati binada təşkil olunan tədbirdə RİH başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, baş məsləhətçisi Seymur Hacıyev, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və 20 Yanvar Cəmiyyətinin rayon şöbəsinin üzvləri iştirak etdilər.
20 Yanvar şəhid ailələri və əlillərinin problemləri ilə maraqlanıldı, onlara birdəfəlik maddi yardım göstərildi.
20 Yanvar Cəmiyyətinin rayon şöbəsinin üzvləri Cənab Prezidentin rəhbərliyi ilə ölkədə aparılan sosialyönümlü siyasətə yüksək qiymət verdilər və göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürlərini bildirdilər.

Keçidlər