Şriftin ölçüsü :

Saytın rəngi :

Orta ümumtəhsil məktəblərinin 2016-cı ildəki fəaliyyətlərinə dair hesabat yığıncağı keçirildi

18 yanvar 2017 | 11:00

Rayon İcra Hakimiyyətinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının rayonun orta ümumtəhsil məktəblərinin 2016-cı ildəki fəaliyyətinə dair iclası keçirildi.
İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov və rayonun orta ümumtəhsil məktəblərinin direktorları iştirak etdilər.
İclasda Xaləddin İsgəndərov çıxış edərək Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsilin inkişafına yüksək diqqət və qayğı göstərildiyini vurğuladı. Həmçinin, son illər respublikada təhsil müəssisələrinin yenidən qurulmasına, yenilərinin tikilməsinə, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrıldığını qeyd etdi. Natiq qeyd etdi ki, bu istiqamətdə davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin ölkə təhsilinə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və təmir edilən, müasir standartlara uyğun təhsil müəssisələri gələcəyimiz olan uşaqların sağlam inkişafına hesablanmış uzaqgörən siyasətin uğurlu nəticələridir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2017-ci il tarixində keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında və Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyanın 26 dekabr 2016-cı il tarixində keçirilmiş müşavirəsində səsləndirilən fikirlərə toxunan X.İsgəndərov orta ümumtəhsil müəssisələrində də korrupsiya hallarının baş verməsinin, bəzi məktəblərdə baş verən mənfi halların ictimaiyyət arasında ciddi narazılıq yaratdığını da qeyd etdi.
Natiq orta ümumtəhsil müəssisələrində korrupsiya və digər mənfi halların qarşısının alınması, ümumi nəzarətin təşkili, məktəblərlə bağlı ictimai rəydə səslənən fikirlərə həssas yanaşılması və digər məsələlərə toxundu. Eyni zamanda məktəblərlə bağlı sakinlərdən daxil olan şifahi və yazılı şikayətlərin araşdırılması və mənfi halların aradan qaldırılması məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilməsi tapşırıldı və qeyd edildi ki, bütün sahələrdə olduğu kimi orta ümumtəhsil müəssisələrində də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, şəffaflıq artırılmalıdır.

Keçidlər