Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Şəhid Fəxrəddin Qurbanlının doğum günündə fəal iştirak edən məktəblilərlə görüş keçirildi

17 yanvar 2017 | 11:00

16 yanvar tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun aprel döyüşlərində şəhid olmuş Fəxrəddin Qurbanlının doğum günü münasibətilə “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı keçirilmiş tədbirdə yaxından iştirak edən 179 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə görüşü keçirildi.
İlk öncə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şagirdləri salamladı və onların vətənpərvərlik sahəsində hazırladığı çıxışı xüsusi vurğuladı. Natiq qeyd etdi ki, vətənpərvərliyin mahiyyətindən danışarkən ümummilli lider bunun mənəviyyatla bilavasitə bağlılığını vurğulayaraq qeyd edirdi: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.
Natiq çıxışında onu da əlavə etdi ki, milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir. Aprel döyüşlərində igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Fəxrəddin kimi övladlar bu gün hər biriniz üçün nümunə olmalı və sizlər də yaxşı təhsil alaraq əsl vətəndaşlıq nümunəsini göstərməlisiniz.
Aprel döyüşlərini xatırladan natiq Cənab prezidentin çıxışını nümunə göstərdi: “Siz torpaqların azad edilməsi üçün artıq nə lazımdırsa etmisiniz. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, düşmən təxribatının qarşısını aldı. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan Ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır. Ərazi bütövlüyümüzün bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Sizin kimi övladlar Vətənin şöhrətini ucaldırlar”.
Çıxışının sonunda natiq rayonun şəhid övladı Fəxrəddin Qurbanlının doğum günündə onun təhsil aldığı məktəbin kollektivinin yüksək fəallıq göstərməsini yaxşı nümunə kimi göstərərək , şagirdlərə gələcək dərslərində uğurlar dilədi.
Sonra çıxış edən şagirdlər diqqət üçün rayon rəhbərinə təşəkkür edərək, Cənab prezidentimizin apardığı uğurlu siyasətə ən layiqli cavab olaraq yüksək təhsil uğurları ilə  nümunə göstərəcəklərinə dair söz verdilər.

Keçidlər