Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Beynəlxalq Əlillər günü münasibətilə əlil sakinlər evlərində ziyarət olundu

03 dekabr 2016 | 11:00

3 dekabr 2016-cı il tarixində Binəqədi rayonunda Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirildi.
Humanitar aksiya çərçivəsində Binəqədi rayonu ərazisində yaşayan müxtəlif etnik qruplardan olan əlil sakinlər evlərində ziyarət olundu.
Təşkil edilmiş tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, müvafiq ərazilər üzrə İcra nümayəndələri və bələdiyyə sədrləri, eləcə də, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllüləri iştirak etdilər.
Səmimi əhval-ruhiyyədə keçirilən humanitar aksiya zamanı fiziki məhdudiyyətli rayon sakinlərinə hədiyyələr təqdim olunduqdan sonra birlikdə xatirə fotosu çəkildi.
Ziyarət olunan rayon sakinləri fiziki məhdudiyyətli şəxslərin sosial rifahı naminə görülən işlərə və onlara daim diqqət göstərən dövlətimizə və ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər