Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi rayon təşkilatı Bakı Humanitar Kollecdə partiyanın gənc fəalları ilə görüşdü

28 noyabr 2016 | 11:00

28 noyabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küçəsi 19 ünvanlı (Bakı Humanitar Kollec) ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirildi.
Görüşü giriş nitqi ilə açan Bakı Humanitar Kollecin Tədris Hissə müdiri Əsəd İbrahimov qonaqları və gəncləri salamladı. O, Humanitar Kollecin fəaliyyəti, pedaqoji və tələbə heyəti haqqında ətraflı məlumat verdi. Burada təhsil alan tələbələrin istedadlı gənclər olduğunu və öz milli dəyərlərinə bağlı vətənpərvər gənclər kimi yetişdiklərini qeyd etdi. Bildirdi ki, YAP ölkəmizin ən aparıcı siyasi partiyası olaraq yaradılmasından ötən 24 il ərzində böyük uğurlara imza atıb və ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi strategiyası nəticəsində ölkəmiz daha böyük uğurlar qazanacaq. Onun sözlərinə görə kollecdə təhsil alan gənclərin əksəriyyəti Yap-ın üzvüdür və onlar bu partiya sıralarında təmsil olunduqları üçün qürur hissi keçirirlər. Bunu YAP tərəfindən kollecdə keçirilən bütün tədbirlərdə tələbələrin özü də böyük fəxr hissi ilə qeyd edirlər.
Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva rayon təşkilatının fəaliyyəti haqqında geniş məlumat verdi. Vurğuladı ki, təşkilat müxtəlif aktual mövzularla bağlı mütəmadi tədbirlər və layihələr həyata keçirir. Bu tədbirlərdə gənclərin fəal iştirakı təmin edilir və onların ictimai-siyasi aktivliyinin artırılması istiqamətində ardıcıl işlər görülür. O, partiyanın gənc fəallarını partiyanın fəaliyyətində yaxından iştirak etməyə və təşəbbüskarlıq göstərməyə çağırdı. Onların bütün təkliflərinin nəzərə alınacağını və onlara hər cür dəstək veriləcəyini diqqətə çatdırdı.
Görüşdə YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə çıxış edərək Gənclər Birliyinin gördüyü işlərdən bəhs edən slayd təqdim etdi. O, Gənclər Birliyi tərəfindən keçirilən tədbirlər haqqında danışaraq, gənclərə bu barədə ətraflı məlumat verdi.
Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında, eləcə də gənclərin ideyaları ilə bağlı birgə fikir mübadiləsi aparıldı.

Keçidlər