Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Yol təhlükəsizliyinin təmin olunmasında yol təhlükəsizliyi pasportunun tətbiqi mühüm vasitə kimi” mövzusunda tədbir keçirildi

21 oktyabr 2016 | 11:00

21 oktyabr tarixində Binəqədi rayonunda “Yol təhlükəsizliyinin təmin olunmasında yol təhlükəsizliyi pasportunun tətbiqi mühüm vasitə kimi” mövzusunda tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Təhsil Nazirliyinin razılığına əsasən “Həyat” Humanitar Dəstək İctimai Birliyinin Bakı şəhərinin orta ümumtəhsil məktəblərində cari ilin oktyabr-noyabr aylarında “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirildi.
Binəqədi rayonunda yerləşən orta məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin iştirak etdiyi seminarda Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi polkovniki Vaqif Əsədov, 46 nömrəli Məktəbdənkənar  Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, 276 nömrəli məktəb-liseyin direktoru Bəhram Şiriyev və “Həyat” Humanitar Dəstək ictimai birliyinin sədri Azər Allahverənov çıxış edərək layihənin mahiyyəti barədə dinləyiciləri məlumatlandırdılar.

 

 

Keçidlər