Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi

23 sentyabr 2016 | 11:00

23 sentyabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi.
Görüşdə rayon təşkilatının fəal gənclərinin bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırladıqları videorolik nümayiş etdirildi.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon Təşkilatının və “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov 26 sentyabrda keçiriləcək referendumla bağlı gənclərə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq Konstitusiyaya əlavə dəyişikliklərin edilməsi və sərhədlərin dəyişdirilməsi məsələləri ümumxalq səsverməsinə çıxarılaraq xalqın səsverməsi ilə qəbul edilir. Bu dəfəki Konstitusiya islahatları da sosial sifariş olaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının və təhlükəsizliyinin daha təminatlı qorunması məqsədini daşıyır. Belə ki, Konstitusiya islahatlarının əhatə etdiyi 29 maddənin 15-i, yəni 60 faizi insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına və insanlara daha layiqli həyat səviyyəsinin yaradılmasına hesablanıb. Ramiz Göyüşov, həmçinin ölkəmizdə və Binəqədi rayonunda həyata keçirilən uğurlu işlərdən danışaraq bütün gəncləri ümumxalq səsverməsinə getməyə və prezident cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən referendum aktı layihəsinə səs verməyə çağırdı.
Görüşdə geniş nitq söyləyən YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışdı. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və ölkəmizin iqtisadi inkişafına misilsiz töhfə verən iqtisadi layihələrdən bəhs etdi. Azərbaycanın bütün dünyanın diqqət mərkəzində olduğunu və ən böyük layihələrin təşəbbüskarı, birbaşa iştirakçısı kimi çıxış etdiyini nəzərə çatdırdı. Seymur Orucov Konstitusiya aktı layihəsində gənclərlə bağlı nəzərdə tutulan maddələr haqqında ətraflı danışdı. Yaş məhdudiyətinin aradan qaldırılmasının gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söylədi. O, bütün gəncləri referendumda iştirak etməyə və səs verməyə çağırdı.
Görüşdə çıxış edən millət vəkili Kamaləddin Qafarov Konstitusiya islahatlarının demokratik dövlətlərə və cəmiyyətlərə xas olduğunu və xalqın istək, arzusundan yarandığını söylədi. Dünyada baş verən böyük xaosların, müharibələrin fonunda Azərbaycan dövlətinin inkişafının və xalqın həyat səviyyəsinin günbəgün yüksəlməsinin bu referendumun keçirilməsini vacib etdiyini bildirdi. Referendum aktı layihəsində nəzərdə tutulan maddələr haqqında ətrafında izahat verərək bunların ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişlənməsinə şərait yaratdığını vurğuladı.
Görüşdə çıxış edən Binəqədi rayonu sakinləri, ilk dəfə səs verəcək gənclər – Mərziyə Bağırlı və Oqtay Hüseynzadə gənclərə üçün yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə öz təşəkkürlərinin bildirərək bütün həmyaşıdlarını, ilk dəfə səs verəcək gəncləri 26 sentyabrda seçki məntəqələrinə gedərək, referenduma səs verməyə çağırdılar.

Keçidlər