Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirildi

17 sentyabr 2016 | 11:00

17 sentyabr 2016-cı il tarixdə Müslüm Maqomayev adına 26 №-li uşaq musiqi məktəbində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, şöbənin əməkdaşı Emil Lətifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Müslüm Maqomayev adına 26 №-li uşaq musiqi məktəbinin direktoru Gülşən Quliyeva, eləcə də məktəbin şagird və müəllim kollektivi istirak etdi.
Tədbir zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Ü. Hacıbəyli milli musiqi xəzinəsinə yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir.
Sonra tədbir musiqi məktəbinin şagirdləri və müəllim kollektivinin ifasında maraqlı konsert proqramı ilə davam etdi.

Keçidlər