Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Bilik günü münasibətilə tədbir keçirildi

15 sentyabr 2016 | 11:00

15 sentyabr 2016-cı il tarixdə Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.
Məktəbliləri təbrik etmək üçün 246 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon şöbəsinin rəisi Polad Abdullayev, 246 saylı məktəb-liseyin derektoru Almaz Bayramova, professor Əjdər Ağayev, azyaşlılardan ibarət “Dilbərim” rəqs qrupu, 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq  Mərkəzinin rəqs qrupu, məktəbin müəllim və şagird heyəti iştirak etdi.
Öncə 246 saylı məktəb-liseyin derektoru Almaz Bayramova şagirdləri, müəllimləri və qonaqları salamladı. Çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və professor Əjdər Ağayev təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğuladılar.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı. Rayon İcra Hakimiyyətinin başçısı ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırdı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 90 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini vurğuladı. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi.
Sonra azyaşlılardan ibarət “Dilbərim” rəqs qrupu, 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq  Mərkəzinin rəqs qrupu çıxış etdi, məktəblilərin ifasında şeir  dinlənildi.
Tədbirin ardınca Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və qonaqlar “Sağlam təhsil” layihəsi əsasında yaradılmış sinif otağına, həmçinin Şahmat məktəbinin nəzdində fəaliyyət göstərən Şahmat sinfinə baxış keçirdi, məktəbdə yardılmış şəraitlə tanış oldu.

Keçidlər