Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan binaların yerində yeni binaların tikintisinə başlanılıb

19 avqust 2016 | 11:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarı əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 27 yanvar 2016-cı il tarixli 17 saylı Sərəncamı ilə “Pilot layihə”nin həyata keçirilməsi məqsədilə komissiya yaradılıb.
Komissiya tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9,10,12 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə müvafiq sənədləşdirmə işləri başa çatdırılıb.   
Tikintiyə hazırlıq işləri ilə əlaqədar olaraq bildiririk ki, sahədə müvəqqəti ofis binası inşa edilib. Yeni tikiləcək bina üçün torpaq bərkitmə işləri başa çatdırılıb, tikinti ərazisi müvəqqəti kommunikasiya xətləri ilə, yəni, elektrik, su və kanalizasiya xətləri ilə təmin edilib. İnşa ediləcək binanın bünövrəsinin qazılması işləri başa çatdırılıb və hazırda bünövrəyə çınqıl ballastı verilməsi işləri tamamlanmaq üzrədir.
İşlər sürətlə və yüksək standartla uygun davam etdirilir.

Keçidlər