Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə bələdiyyəsi şəhid Eldar Babayevin vəfatının 25-ci ildönümü ilə əlaqədar məzarını ziyarət etdi

18 avqust 2016 | 11:00

Avqustun 18-də Şəhid Eldar Babayevin vəfatının 25-ci ildönümü ilə əlaqədar olaraq Rəsulzadə bələdiyyəsinin “İctimai-Humanitar” sektorun təşkilatçılığı ilə şəhidin ailə üzvləri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri Eldar Babayevin məzarını ziyarət etdilər.
Məzarı önündə yad edilən şəhidin qəhrəmanlığı haqqında M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov söz açaraq bildirdi ki, şəhidlik elə bir zirvədir ki, həmişə onlar qəlbimizdə yaşayacaqdır.
Daha sonra şəhidin ailə üzvləri şəhidlərə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə, o cümlədən rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Şəhid Eldar Babayev 1991-ci ilin avqust ayının 10-da Goranboy rayonunda döyüş yoldaşlarının həyatını xilas edən zaman qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni və 1995-ci ildə isə ulu öndər Heydər Əliyevin Fərmanına əsasən “İgidliyə görə” medalı ilə təltif olunub.
Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində küçələrdən biri şəhid Eldar Babayevin adı ilə adlandırılıb.

Keçidlər