Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi

22 iyul 2016 | 11:00

İyulun 22-də Binəqədi rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağının iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirdilər.
Hesabat məruzəsi ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2016-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. Natiq bu ilin altı ayı ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən də danışdı. Bildirdi ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə davam edir.
Hesabat məruzəsi ətrafında çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirdi ki, bu ilin 6 ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib və bu müddət ərzində xidmətlər də daxil olmaqla 71 milyon 154 min manatlıq məhsul istehsal olunub. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1290 yeni iş yeri açılıb, 1159 şəxs daimi işlə təmin edilib. Bu ilin 6 ay ərzində rayonun memarlıq görkəminin daha da yaxşılaşdırılması, təmizlik və abadlıq işlərinin aparılması istiqamətində çoxsaylı tədbirlər reallaşdırılıb. Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb.
Yığıncaqda hesabat məruzəsi ətrafında çıxış edənlər ötən 6 ay ərzində ölkəmizin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən danışdılar və qarşıda duran vəzifələri müzakirə etdilər.
Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Ləman Əliyeva rayonun ictimai- siyasi həyatında fəal iştirakına və 50 illik yubileyi münasibəti ilə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tərəfindən Fəxri Fərmanla təltif edildi.

Keçidlər