Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda şəhid Rəşad Cəfərzadənin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalının təqdimetmə mərasimi keçirildi

19 iyul 2016 | 11:00

16 dekabr 2015-ci il tarixində Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olundu.
2016-cı ilin 19 iyul tarixində medalın təqdimetmə mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi- Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabitləri polkovnik Nazim Əhmədov, polkovnik-leytenant Hafiz Həsənov, polkovnik-leytenant Rövşən Qarayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, QHT sədrləri, ASAN Könüllüləri, şəhid Rəşad Cəfərzadənin qəyyumu Mahir Pənahov və  rayon fəalları iştirak etdilər.
Tədbirdə çıxış edən  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik Nazim Əhmədov Azərbaycanda ordu quruculuğu, ordunun inkişafına sahəsində əldə olunan nailiyyətlərdən bəhs etdilər.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər qazanılan nailiyyətləri qeyd etdi. Natiq vurğuladı ki, Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var.
Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhid Rəşad Cəfərzadənin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onun qəyyumu Mahir Pənahova təqdim edildi.

Keçidlər