Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun balaca fidanları nümunəvi aksiya keçirdilər

15 iyul 2016 | 11:00

15 iyul tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi bələdiyyəsi Novxanı çimərliyində “Birgə yaradaq” layihəsi çərçivəsində təmizlik aksiyası həyata keçirdilər.
Aksiya 15 iyul tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən Novxanı qəsəbəsində yerləşən “AF-Hotel” mehmanxanasının çimərliyində aparılmış yenidənqurma və uyğunlaşdırma işlərinə baxış məqsədilə təşkil edilmiş tədbir çərçivəsində keçirildi.
Aksiya çərçivəsində Binəqədi rayonu, 272 saylı körpələr-evi uşaq bağçasının balaca fidanları tərəfindən Novxanı qəsəbəsində yerləşən çimərlikdə təmizlik işləri aparıldı və ətrafa atılmış tullantılar təmizləndi.
Bu aksiyanın daha geniş tərkibdə ikinci mərhələsinın də keçirilməsi nəzərdə tutulmuşdur. Bütün bu cür aksiyaların təşkil edilməsində əsas məqsəd uşaqlar vasitəsilə insanlara ətrafımızın təmizliyinə riayət edilməsi o cümlədən, “Təmiz ətraf, təmiz mühit” devizini çatdırmaqdır.
Keçirilən aksiyada uşaqları Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, sədr müavini Sabir Həsənov və bağçanın müəllimləri müşayiət etdilər.

Keçidlər