Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “5 iyun – Ətraf mühitin mühafizəsi günü” münasibətilə Novxanı çimərlik ərazisində sahilyanı zonada təmizlik aksiyası keçirildi

04 iyun 2016 | 11:00

4 iyun 2016-cı il tarixdə “5 iyun – Ətraf mühitin mühafizəsi günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə  Novxanı çimərlik ərazisində sahilyanı zonada təmizlik aksiyası keçirildi.
Aksiyada ümumilikdə 250 nəfərdən çox olmaqla rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülər iştirak etdilər. 
Aksiyaya 5 texnika cəlb edilməklə çimərliyini qum örüyü xüsusi mexanizm ilə yumşaldılaraq, 10 hektar ərazidən müxtəlif növ tullantılar təmizləndi.
Aksiyanın sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edildi.

Keçidlər