Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində “28 May-Respublika Günü” münasibətilə bayram tədbiri keçirildi

26 may 2016 | 11:00

26 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində “28 May-Respublika Günü” münasibətilə bayram tədbiri keçirildi.
Tədbirdə Mülki Müdafiə Qoşunlarının komandanlığının şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi polkovnik Ayaz Əliyev, hərbi hissənin komandiri polkovnik Rauf Əhmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, komandanlığın bölmə rəisi mayor Bəxtiyar Rəhimov, hərbi hissənin komandir müavini polkovnik-leytenant Zabil Əliyev, tarixçi pedaqoq Ramal Alıyev və hərbi hissənin şəxsi heyəti iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin hərbi hissənin həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Sonra hərbi hissənin qərargah rəisi hərbi hissə komandirinə şəxsi heyətin hazırlığı ilə bağlı raport verdi.
Hərbi hissənin komandir müavini Zabil Əliyev tədbiri açıq elan etdikdən sonra hərbi orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, hərbi hissənin komandiri polkovnik Rauf Əhmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək hərbçiləri “28 May-Respublika Günü” münasibətilə təbrik etdilər.
Tarixçi pedaqoq Ramal Alıyev çıxış edərək bildirdi ki, Türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş, demokratik dövlət quruculuğu, hərbi quruculuq, iqtisadiyyat, mədəniyyət, təhsil və sair sahələrdə mühüm işlər görülüb.
Çıxışlardan sonra “28 May-Respublika Günü” münasibətilə və hərbi xidmətdə fərqləndiyinə görə bir qrup əsgər Binəqədi Rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olundular.
Hərbi hissənin şəxsi heyəti təntənəli marşla sıra meydanını tərk etdi.
“28 May-Respublika Günü” münasibətilə təşkil olunan bayram tədbiri estrada ulduzlarının ifasında vətənpərvərlik mövzusunda mahnıların səsləndirilməsi ilə davam etdirildi.

Keçidlər