Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı təbriki

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun
Novruz bayramı təbriki

Hörmətli həmvətənlər!
Əziz binəqədililər!


Sizi tarixi minillərlə ölçülən və milli adət-ənənələrimizdə özünəməxsus yeri olan Novruz bayramının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, səadət, bahar təravətli günlər arzu edirəm.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərində xüsusi yeri ilə seçilən Novruz bayramı digər mənəvi sərvətlərimiz kimi zaman-zaman qadağalarla üzləşmiş, 70 illik sovet əsarəti dövründə imperiyanın repressiya dalğası başqa maddi-mənəvi sərvətlərimiz kimi Novruz bayramından da yan keçməmiş, onun qeyd olunması yasaqlanmışdır. Lakin öz keçmişinə sadiq olan xalqımız zəngin ənənə və dəyərlərimizdən olan Novruz mərasimlərini yaşatmış, belə zəngin mənəvi irsimizi  yad təsirlərdən qorumaqla milli kimlik və xalq kimi mövcudluğumuzun davamlılığını təmin edə bilmişdir. Dövlət müstəqilliyimizin bərpası, xüsusilə də ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mənəvi dəyərlərimizə münasibətdə dönüş yarandı. Ümummilli liderin adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə olan həssas qayğıkeşliyi Novruz bayramının da xalqın ruhuna uyğun geniş təmtəraqla keçirilməsinə səbəb oldu. Ulu Öndərin siyasətini layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə milli birlik və həmrəyliyimizi əks etdirən, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan Novruz bayramının yüksək səviyyədə qeyd olunması xalqın mədəni keçmişinə ehtiramın göstəricisidir. Ölkədə yürüdülən məqsədyönlü və ardıcıl siyasət mənəvi sərvətlərimizin təbliğində də bariz şəkildə hiss olunur. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuş, beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir. Bütün bunlar Azərbaycan xalqının həmrəyliyi və milli birliyinin güclənməsinə dövlət səviyyəsində verilən dəstəyin əyani sübutudur.
Əziz binəqədililər, bir daha sizləri bu gözəl bayram münasibətilə təbrik edir, sizlərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edən ölkəmizdə firavan həyat arzulayıram.
Novruz bayramınız mübarək!

Hörmətlə,
Xaləddin İsgəndərov

Keçidlər