Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ildə daxil olan müraciətlər

Sakinlərin Müraciət Xidmətinə  2014-cü il ərzində daxil olan müraciətlər

2014-cü il ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 35725, birbaşa cavablandırılan zənglərin sayı 28028, yaradılan əks əlaqələrin sayı 10245, 1 operator  üzrə  zənglərin orta sayı 105, tərtib edilən şikayət vərəqələrinin sayı  7697 olub. Xidmət səviyyəsi 98,7 % təşkil edib.
Şikayət xarakterli müraciətlərin  6516 -ı və ya 84,7 %-i tam həll olunub, 147-si və ya  2 %-i qismən həll edilib, 1032 -si  və ya 13,3 %-i müvafiq izahat verilərək həll edilib.
Yanvar-dekabr ayları  üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 3304-ü və ya 42,9 %-i  su-kanalizasiya, 1575-i və ya 20,5 %-i qaz təchizatı, 870-i və ya 11,3 %-i istilik təchizatı, 824-ü və ya 10,7 %-i lift problemi,  173-ü və ya 2,3 %-i məişət və zibil tullantıları, 262-i və ya 3,3 %-i elektrik təchizatı, 226-sı və ya 2,9 %-i yolların yararsız olması, 251-i və ya 3,4 %-i sakinləri narahat edən digər məsələlər, 127-si və ya 1,7 %-i yaşıllaşdırma idarəsi, 85-i və ya 1,1 %-i küçə işıqlandırılması ilə əlaqədar olub.
İl ərzində xidmətə 499 təşəkkür müraciəti daxil olub.

Keçidlər