Şriftin ölçüsü :

Saytın rəngi :

RƏSULZADƏ BƏLƏDİYYƏSİ

 
Rəsulzadə bələdiyyəsi 12 dekabr 1999-cu il tarixində keçirilmiş seçkilərdən sonra fəaliyyətə başlamışdır. Bələdiyyənin ərazisi 501,26 ha təşkil edir.
İnzibati ərazisində 80-ə yaxın küçə, 3 yaşayış sahəsi ("Baksol","Xutor","Vorovski"), o cümlədən, 8323 ev təsərrüfatı mövcüddur.

Rəsulzadə bələdiyyəsinin sədri Hüseynov Hümbət Rəhim oğlu 03 dekabr 1963-cü ildə Qərbi Azərbaycanda anadan olmuş, Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini və Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1986-1991-ci illərdə Q.Musabəyov adına Maşınqayırma zavodunda mühəndis-texnoloq kimi başlamışdır. 26.01.2010-cu ildə M.Ə. Rəsulzadə bələdiyyəsinin sədri seçilmişdir və 30 yanvar 2015-ci il tarixində Rəsulzadə bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən sədr seçilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2012-ci ildən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiynın sədridir.
Evlidir, 3 övladı var.
 
Rəsulzadə bələdiyyəsinin sədrinin müavini Altınbayeva Leyli Faat qızı 09 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı Dövlət Universitetinin filologiya və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Rəhbər kadrların ixtisasının artırılması" fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1998-2001-ci illərdə "Azərsu" Səhmdar Cəmiyyətində başlamışdır. 26.01.2010-cu ildə M. Ə. Rəsulzadə bələdiyyəsinin ümumi iclasının qərarı ilə sədrin müavini seçilmişdir və 30 yanvar 2015-ci il tarixində Rəsulzadə bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 1 övladı var.
Nağıyev Ayət Süleyman oğlu 04 oktyabr 1975-ci ildə Qazax rayonunda anadan olmuşdur.Azərbaycan Universitetinin Hüquqşünaslıq fakultəsini bitirmişdir.2004-cü ildən Rəsulzadə bələdiyyəsinə üzv seçilmiş, 14 mart 2016-cı il tarixində Rəsulzadə bələdiyyəsinin ümumi iclasının qərarı ilə sədrin müavini seçilmişdir.
 
Bələdiyyənin 6 daimi komissiyası, 6 şöbəsi vardır.
Bələdiyyədə 50 qulluqçu çalışır.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi, 5
Telefon: (012) 412-28-74: (012) 412-34-67
Faks:(012) 412-02-59
 
Bələdiyyə üzvlərinin siyahısı:

1. Hüseynov Hümbət Rəhim oğlu
2. Tahirova  Leyli Faatovna
3. Babayev Orxan Əlidadaş oğlu
4. Nağıyev Ayət Süleyman oğlu
5. Abbasəliyev Mahir Ziyad oğlu
6. Vəlili Güllü Əli qızı
7. Hacıyev Nurlan Ələddin oğlu
8. Abdulla-zadə Günel Fizuli qızı
9. İbrahimova Ayla Hacıbala qızı
10. Ağayeva Çinarə Tahir qızı
11. Sadıqova Jalə Tofiq qızı
12. Tağıyev Xaqani İbrahim oğlu
13. Eldarlı Sənubər Musa qızı
14. Hüseynov Sabir Hüseyn oğlu
15. Fərzəliyeva Elmira Raquf qızı
16. Rüstəmova Elnarə Viktorovna
17. Səfərov Əlabbas Qorxmaz oğlu
 
Qəbul qrafiki
 
Vəzifəsi  Soyadı, adı və atasının adı   Əlaqə telefonları  Qəbul günləri və saatları
Sədr  Hüseynov Hümbət Rəhim oğlu  (012) 412-28-74  I gün saat-1500-1800

 

Keçidlər