Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

2019-cu il

 

Vətəndaş cəmiyyətləri institutlarının nəzərinə!

    “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsanamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında”  Binəqədi RİH başçısının 2 may 2019-cu il tarixli 88 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.

    Seçki 21 noyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında keçiriləcəkdir. Seçkidə iştirak üçün qeydiyyat başlamışdır. Seçkidə iştirak etmək istəyən şəxslər 20.11.2019-cu il tarixədək Binəqədi RİH yanında İctimai Şuraya müraciət edə bilər.

 

2014-cü il

 

Elan!

     Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2014-cü il tarixli 226 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla  9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

     İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. 

    Bununla əlaqədar olaraq 13 noyabr 2014-cü il tarixdən etibarən 20 iş günü müddətində Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 11 dekabr 2014-cü il tarixində başa çatacaqdır.

     Seçki ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət oluna bilər.

 

 

Vətəndaş cəmiyyətləri institutlarının nəzərinə!


     “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsanamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında”  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2014-cü il tarixli 226 saylı sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.

Keçidlər