Şriftin ölçüsü :

Saytın rəngi :

Keçirilmiş tədbirlər

              Binəqədidə  “Dövlət qulluqçuları üçün etik davranış qaydaları” haqqında təlim keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında rayonun gənc dövlət qulluqçularına və bir qrup fəal gəncə “Dövlət qulluqçuları üçün etik davranış qaydaları” mövzusunda təlim keçirilib.  
Təlimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Yunis Hüseynov və aparatın əməkdaşları, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Raciv Qurbanov, rayonda fəaliyyət göstərən dövlət orqanlarının gənc əməkdaşları və ərazi ilk partiya təşkilatlarından nümayəndələr iştirak etdilər.     
Tədbiri giriş sözü ilə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq tədbir iştirakçıları olan dövlət qulluqçularını qarşıdan gələn 23 iyun - Dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik etdi, tədbirin keçirilməsinin əhəmiyyətindən danışdı və bütün təşkilatçılara öz minnətdarlığını bildirdi. 
Tədbirdə çıxış edən  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov mövcud qanunvericilik aktlarından danışaraq dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyası, Dövlət qulluğu haqda qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd etdi. O idarəçilik, dövlət qulluğunda kateqoriyalar, etik davranış prinsipləri, mövcud standartlar haqda tədbir iştirakçılarına məlumat verdi. Etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyinin mövcudluğunu qeyd edən natiq dövlət qulluqçuları üçün etik davanış qaydaları haqqında qanunda vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin oduğunu bildirib və bu prinsiplər haqda ətraflı məlumat verib. Effektiv idraəçilik prinsiplərindən danışan Vüqar Əsgərov Binəqədi Rayon İcra Hakimiyyətinin tətbiq etdiyi elektron xidmətlərin vətəndaşların etimadının artırılması istiqamətində böyük bir addım olduğunu vurğuladı.
Sonra çıxış edən  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Raciv Qurbanov Akademiyada mövcud olan “Dövlət qulluğu və kadr siyasəti” kafedrası haqda məlumat verdi, kafedranın respublikada analoqu olmadığını, başqa heç bir tədris müəssisəsində belə bir kafedranın fəaliyyət göstərmədiyini qeyd etdi. O etik davranış prinsipləri haqda danışaraq praktiki misallar əsasında dövlət qulluqçularının nümunəvi davranışı haqda tədbir iştirakçılarına geniş məlumat verdi.
Sonra qonaqlar tədbir iştirakçılarını maraqlandıran ən müxtəlif məsələlərlə bağlı suallara cavab verdilər.

Keçidlər