Şriftin ölçüsü :

Saytın rəngi :

Pənahov Məzahir Məhəmməd oğlu - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, BDU-nun ümumi fizika kafedrasının müdiri, Fizika-riyaziyyat elmləri doktoru, professor

1951-ci ildə doğulmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmiş və MSK-nın sədri seçilmişdir.

22 fevral 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının təqdimatı ilə yenidən MSK-nın üzvü seçilmiş, 24 fevral 2011-ci ildə MSK -da keçirilən səsvermə ilə yenidən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri seçilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Keçidlər