Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən,Binəqədi qəsəbəsində yerləşən hündür mərtəbəli yaşayış binasının qaz xəttinin mənbəyə qoşulması və Sulutəpə, Xocəsən qəsəbəsinin təbii qazla təmin edəcək qaz kəmərinin mənbəyə qoşulması ilə əlaqədar olaraq 28.06.2019-cu il tarixində saat 1100-dan iş qurtaranadək qaz təchizatı dayandırılacaqdır.Bununla əlaqədar təmir müddətində,Binəqədi qəsəbəsinin bir hissəsi,Sulutəpə yaşayış massivi və Xocəsən qəsəbəsində qaz təchizatı dayandırılacaqdır.