Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 12) 562-48-32; 1646

Gigiyena və Epidemiologiya Mərkəzi

 
Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi
 
Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının qorunması, infeksion, parazitar xəstəliklərin və kütləvi qida zəhərlənmələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Əsas istinad etdiyi qanun “Sanitariya–Epidemioloji Salamatlıq haqqında “ Azərbaycan Respublikasının Qanunudur.
Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin struktur bölmələri aşağıdakılardır:
  • Epidemioloji şöbə
  • Sanitar-gigiyena şöbəsi
  • Bakterioloji laboratoriya
  • Sanitar-kimyəvi laboratoriya
Epidemioloji şöbə yoluxucu xəstəliklərə qarşı profilaktika peyvənd işləri və parazitar xəstəliklərə qarşı mübarizə və profilaktika işini yerinə yetirir.
Sanitariya gigiyena şöbəsi 5 bölmədən ibarətdir:
  • Qidalanmanın Gigiyenası  Bölməsi
  • Kommunal Gigiyena Bölməsi
  • Əməyin Gigiyenası və Ətraf Mühitin Mühafizəsi Bölməsi
  • Uşaq və Yeniyetmələrin Gigiyenası Bölməsi
  • Sanitar-kimyəvi laboratoriya
Qidalanma Gigiyenası Bölməsi: qida sənayesinə, ictimai iaşə müəssisələrinə və ticarət obyektləri üzərində sanitariya nəzarətini həyata keçirir. Bölmədə 5 həkim-gigiyenist, 4 sanitar-feldşer fəaliyyət göstərir.
Kommunal Gigiyena Bölməsi: rayon üzrə bərk məişət tullantılarının daşınması, içməli su təchizatı, kanalizasiya sistemi, apteklər, çamaşırxanalar, gözəllik salonları, müalicə - profilaktika müəssisələrinə sanitariya nəzarətini həyata keçirir: Bölmədə  4 həkim-gigiyenist və 4 sanitar-feldşer, 1 mühəndis fəaliyyət göstərir.
Əməyin Gigiyenası və Ətraf Mühitin Mühafizəsi Bölməsi: Bölmədə 5 həkim-gigiyenist, 4 sanitar-feldşer, 1 mühəndis , 1 texnik çalışır.
Uşaq və Yeniyetmələrin Gigiyenası Bölməsi: məktəblərdə, bağçalarda, texniki-peşə məktəblərində, uşaq müəssisələrində olan mütəşəkkil uşaq kontingenti arasında yoluxucu xəstəliklərin profilaktikası. Bölmədə 2 həkim-gigiyenist, 2 sanitar-feldşer fəaliyyət göstərir.
Sanitar –Kimyəvi laboratoriyada:   götürülən nümunələrin kimyəvi tərkibi öyrənilir. Laboratoriyada 1 həkim-laborant, 1 sanitar feldşer fəaliyyət göstərir.
Bakterioloji laboratoriyada: əsasən su və ərzaq məhsullarının nümunələri, bakterioloji müayinəsi aparılır. Bu sahədə 4 həkim və 7 feldşer – laborant fəaliyyət göstərir.
Müəssisə 1923-cü ildən fəaliyyət göstərir, işçilərin sayı 88 nəfərdir. 
Əlaqə telefonu: (012) 412-39-05
Ünvan : M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 13
 
Rəhbərlik haqqında məlumat
 
Adı, soyadı və atasının adı: Fədai Hacıyev Tofiq oğlu
Təvəllüdü və doğulduğu yer: 26.10.1959
Təhsili: Ali
Stajl 33 il
Neçənci ildən müəssisənin rəhbəridir: 2003
Ailə üzvlərinin sayı: 5

Qəbul qrafiki

Vəzifəsi Soyadı, adı və atasının adı Əlaqə telefonları Qəbul günləri və saatları
Direktor Hacıyev Fədai Tofiq oğlu (012)412-39-05 III gün
saat 1500 -1700
Sanitariya-Gigiyena şöbəsinin müdiri Quliyeva Elnarə Tofiq qızı (012)412-39-02 II gün
saat 1500 -1700
Epidemiologiya şöbəsinin müdiri Qurbanova Sənəm İsa qızı (012)412-35-63 I gün
saat 1500 -1700
İMÜ direktor müavini Qasımova Cəlalət İsmayıl qızı (012)412-03-81 IV gün
saat 1500 -1700
Direktor müavini Əliyeva Pərvanə Ədalət qızı (012)412-39-02 V gün
saat 1500 -1700

 

 
Keçidlər