Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 12) 562-48-32; 1646

BİLƏCƏRİ QƏSƏBƏSİ

 
Biləcəri qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 4,5 km aralıda, Abşeron yarımadasının qərbində yerləşən qədim yaşayış məntəqəsidir. Qəsəbənin əvvəlki adı "Bəlayi-Cari", sonradan 1936-cı ilədək "Biləcəri kəndi", 1936-cı ildən isə "Biləcəri qəsəbəsi (şəhər tipli qəsəbə)" adlandırılmışdır. Hazırda qəsəbə ərazisində yaşayan əhalinin rəsmi sayı (qeydiyyatda olan) 48900, qeyri rəsmi (qeydiyyatsız yaşayan) 70000 nəfər təşkil edir. Milli tərkib üzrə əhalinin 99 %-ni azərbaycanlılar, az sayda isə rus və tatar millətinin nümayəndələri təşkil edir.

Qəsəbə ərazisində ümumilikdə 12 sənaye və 6 müxtəlif təyinatlı müəssisə, o cümlədən, Zaqafqaziyada ən böyük çeşidləmə "Dəmiryol Stansiyası", "Lokomotiv Depo", “Yuyucu-Buxarlayıcı stansiya, “Vaqon Depo”, "Zoologiya kombinatı", "Asfalt-Beton zavodu" və "Xırman firması (istehsal növü - un məmulatları)" fəaliyyət göstərir.

Qəsəbə ərazisində 7 ümumtəhsil məktəb (284, 297, 298, 299, 300, 301 və 314 saylı orta məktəb), 9 məktəbəqədər müəssisə (274, 291, 292, 294, 295, 296, 297, 298 və 327 saylı uşaq bağçası), 2 məktəbdənkənar təlim-tərbiyə müəssisəsi (Uşaq Gənlər Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat-İdman Mərkəzi), 1 musiqi məktəbi (Fikrət Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət məktəbi), 1 Təcili yardım stansiyası (17 saylı), 2 şəhər poliklinikası (15 saylı və Dəmiryol poliklinikası), 1 uşaq poliklinikası (11 saylı), 1 xəstəxana (Mərkəzi dəmiryol xəstəxanası), 2 kitabxana (H.Cavid adına kütləvi kitabxana və qəsəbə kütləvi kitabxanası) mövcuddur. Qəsəbədə, həmçinin, "Bakı" futbol klubunun bazası, "Lokomotiv" idman - sağlamlıq mərkəzi fəaliyyət göstərir.

Qəsəbə ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan 1658-ci ildə inşa edilmiş məscid, 1903-cü ildə inşa edilmiş və 2006-cı ildə yenidən bərpa edilərək genişləndirilmiş "Tunel", "1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə" və "20 Yanvar şəhidlərinin xatirəsinə" salınmış “Güllə yağışı” abidə kompleksləri mövcuddur.
Məşhur Bakı milyonçusu, neft maqnatı Ağamusa Nağıyevin qəbri və qəbirüstü abidəsi Biləcəri qəsəbəsində yerləşir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 7 nəfər işçi çalışır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Məmmədov Namil Böyükxan oğludur. 
Ünvan: Binəqədi rayonu Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsi 3
Telefon: (012) 401-37-34


 

Keçidlər